Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək

Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək

Yaxın illərdə Özbəkistanda kritik minerallar sahəsində dəyəri 4 milyard dollardan çox olan 120 layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Seulda Özbəkistan-Koreya biznes forumunun açılışında bildirib.

Dövlət başçısı qeyd edib ki, 2030-cu ilə qədər Özbəkistan elektrotexnika sahəsinin həcmini 11 milyard dollara, ixracı isə 5 milyard dollara çatdırmaq niyyətindədir.

Bundan əlavə, o həmçinin Koreya investorlarına nəqliyyat və şəhər infrastrukturunda layihələr həyata keçirməyi təklif edib – “bunlar Yeni Daşkənddəki obyektlər, hava limanları, dəmir yolları, magistral yollar və logistika mərkəzləridir”.

Report.