Özbəkistan parlamenti latın əlifbasının yenilənmiş variantını təsdiqləyib

Özbəkistan parlamenti latın əlifbasının yenilənmiş variantını təsdiqləyib

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası qüvvədə olan əlifbanın və orfoqrafiya qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan “Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul edib.

Islahat texniki nöqsanların aradan qaldırılmasına və beynəlxalq səviyyədə, eləcə də rəqəmsal məkanda dövlət dilinin istifadəsinin sadələşdirilməsinə yönəlib.

Qanun layihəsinə əsasən, 26 hərf və 3 hərf birləşməsindən ibarət mövcud sistemin əvəzinə, özbək əlifbası 28 hərf və bir apostrof işarəsindən ibarət olacaq. Həmçinin ayrı-ayrı hərflərin istifadə qaydalarının dəqiqləşdirilməsi nəzərdə tutulur.

XƏBƏR YENİLƏNİR

Report.