Ov tüfəngindən atəş açıldı – 62 yaşlı kişi öldü

Ov tüfəngindən atəş açıldı  – 62 yaşlı kişi öldü

Gədəbəy sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1964-cü il təvəllüdlü Azər Quliyevin yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində öldüyü müəyyən edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev

Qafqazinfo.