Ötən il Azərbaycanda qeydiyyatda olan daun sindromlu şəxslərin sayında azalma müşahidə olunub

Ötən il Azərbaycanda qeydiyyatda olan daun sindromlu şəxslərin sayında azalma müşahidə olunub

Azərbaycanda 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan daun sindromlu xəstələrin sayı 1122 (2024-cü ildə 1259) olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 624-ü kişi (553), 498-i qadındır (706). 703 nəfəri 0-13 yaş aralığında (861), 167-si 14-17 yaş (176), 252-si isə 18 və yuxarı yaşda (222) olan şəxslərdir.

Report.