Ötən il Azərbaycanda 481 körpə ölü doğulub.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib.
Bundan başqa 522 körpə 7 günədək ömür sürüb. Perinatal ölümün əmsalı isə hər 1 000 nəfər diri və ölü doğulana 10,4 nəfər olub.
Həmçinin ölkədə ötən il üzrə 1312 bir yaşadək körpə ölümü baş verib. Beş yaşadək ölən uşaqların sayı isə 1634 olub.
Report.