Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub

Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub

Azərbaycanda 2025-ci ildə 2 933 nəfərə süd vəzi xərçəngi diaqnozu qoyulub

Bu barədə “Report”un sorğusuna cavab olaraq Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib.

Onun sözlərinə görə, 707 nəfərdə xəstəlik profilaktik müayinələr zamanı aşkarlanıb:

“Xəstələrin 1 573-də xəstəlik I–II mərhələdə, 915-də III mərhələdə, 440-da isə IV mərhələdə müəyyən edilib”.

Baş həkim vurğulayıb ki, hesabat ilinin sonuna olan məlumata görə, Azərbaycanda ümumilikdə 18 515 qadın onkoloji xəstə kimi qeydiyyatda olub.

Report.