Azad olunan ərazilərdə avqustun 24-dən 30-dək 29 tank əleyhinə, 161 piyada əleyhinə mina, 689 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 2048,7 hektar ərazi minalardan təmizlənib.
Report.