Azərbaycanda ötən gün polis əməkdaşları tərəfindən 34 kiloqramdan çox narkotik aşkarlanıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 26-da ümumi çəkisi 34,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 12,1 ton çəkidə 41622 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Report.