“Opel” dərəyə aşdı, 5 yaralı var

“Opel” dərəyə aşdı, 5 yaralı var

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lənkəran-Lerik magistralında baş verib.

Bələ ki, Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur Qurbanlının idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində sürücü, maşında olan həyat yoldaşı 1995-ci il təvəllüdlü Aidə Qurbanlı, 5 yaşlı övladı N.Q və 1989-cu il təvəllüdlü Rəva Əliyeva xəsarət alıblar.

Onlar ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılaraq rayon xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Qafqazinfo.