On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb

On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd həyata keçirilməsi üçün yaradılan qruplaşmaya kömək edən daha bir nəfər yaxalanıb.

Məlumata görə, həmin qruplaşmanın üzvlərindən Burkay Karatepe ilə əlaqəsi olan Ö.A. saxlanılıb. Onun B. Karatepeyə öz sim-kartını verdiyi və gizlənməsinə kömək etdiyi müəyyənləşdirilib. Ö.A. çıxarıldığı məhkəmədə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.

Report.