Rusiya-Ukrayna müharibəsinə İstanbulda son qoyulmalıdır.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik Rusiya-Ukrayna müharibəsi ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.
O, Rusiya-Ukrayna müharibəsinin İstanbulda aparılacaq danışıqlar vasitəsilə başa çatdırılmasının vacibliyini vurğulayıb.
Ö. Çelik bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövcud “uzanan münaqişə”yə mümkün qədər tez son qoyulmalıdır.
Report.