“Nvidia” rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb

“Nvidia” rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb

Rübün yekunlarına görə, Amerikanın “Nvidia” şirkətinin xalis mənfəəti ötən illə müqayisədə iki dəfədən çox artaraq 59,69 milyard dollar təşkil edib.

Bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, gəlir göstəricisi də iki dəfə artaraq 96,22 milyard dollara çatıb.

“Süni intellekt dönüş nöqtəsinə çatıb… İndi hesablamalar gəlir deməkdir. Tələbat isə sürətlə artır”, – “Nvidia”nın banisi və baş direktoru Censen Huanq bildirib.

Cəmi üç il əvvəl “Nvidia”nın rüblük mənfəəti 6,2 milyard dollar təşkil edirdi. “The New York Times” qeyd edir ki, bu cür artım şirkətin süni intellektin işini təmin edən yarımkeçiricilər bazarının təxminən 90 %-nə nəzarət etməsi sayəsində baş verib. Cari rübdə şirkət gəlirinin 90 % artaraq 108 milyard dollara çatacağını gözləyir. Bununla belə, şirkətin maliyyə direktoru Kolet Kres xəbərdarlıq edib ki, tədarükdə davam edən qıtlıq ən azı 2028-ci ilin yanvarınadək dar boğaz olaraq qalacaq.

Report.