Novorossiyskə PUA hücumu nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Novorossiyskə PUA hücumu nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Novorossiyskə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə endirilən zərbə nəticəsində səkkiz yaşlı uşaq həlak olub, biri uşaq olmaqla səkkiz nəfər xəsarət alıb.

Bu barədə Krasnodar diyarının qubernatoru Veniyamin Kondratyev məlumat verib.

“Krasnodar diyarı bütün gecə boyu Ukrayna Silahlı Qüvvələrinin bir neçə yüz pilotsuz uçuş aparatının kütləvi hücumunu dəf edib. Novorossiysk, Anapa, Gelencik və Temryukda mülki obyektlər və dinc sakinlərin evləri növbəti dəfə zərbəyə məruz qalıb. Təəssüf ki, bu qeyri-insani zərbələr nəticəsində həlak olanlar və xəsarət alanlar var”, – o qeyd edib.

PUA qalıqları çoxmənzilli binalar da daxil olmaqla 21 yaşayış evinə, eləcə də dörd müəssisəyə düşüb. Yerlərdə operativ və xüsusi xidmət orqanları işləyir. Yaxın vaxtlarda bələdiyyə komissiyası PUA hücumunun fəsadlarının qiymətləndirilməsinə başlayacaq. Müvəqqəti yerləşdirmə məntəqələri açılıb. Hazırda orada 90-a yaxın insan var.

Report.