Novak: Rusiyanın bəzi regionlarında yanacaqla bağlı gərgin vəziyyət qalmaqdadır

Novak: Rusiyanın bəzi regionlarında yanacaqla bağlı gərgin vəziyyət qalmaqdadır

Rusiyanın bəzi regionlarında yanacaqla bağlı gərgin vəziyyət qalmaqdadır.

Bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak hökumətin iclasından sonra bildirib.

Onun sözlərinə görə, bəzi regionlarda artıq yanacağın buraxılışına qoyulan məhdudiyyətlər aradan qaldırılır və yanacaqdoldurma məntəqələrində növbələr azalır: “Əlbəttə, bu gün ayrı-ayrı regionlarda gərgin vəziyyət qalmaqdadır və şirkətlərlə bu regionların neft məhsulları ilə necə təmin ediləcəyini müzakirə etdik”.

A.Novak bildirib ki, hökumət məhsul yığımında iştirak edən kənd təsərrüfatı şirkətlərinin yanacaqla təchizatına xüsusi diqqət yetirir.

Report.