Norveçin səfiri Heydi Olufsen “Professor Molçanov” gəmisinin saxlanılmasına görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə qurumun saytında dərc olunmuş bəyanatda deyilir.
Qeyd olunur ki, Rusiya “Professor Molçanov” gəmisinin saxlanılması ilə əlaqədar Norveçə qəti etirazını bildirib, Moskva bu cür hərəkətləri qətiyyən qəbul etmir və həbsin ləğv edilməsinə çalışacaq.
Report.