“Niva” idarəetmədən çıxıb aşdı – Sürücünün vəziyyəti ağırdır

“Niva” idarəetmədən çıxıb aşdı  – Sürücünün vəziyyəti ağırdır

Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan “Niva” markalı minik maşını idarəetmədən çıxıb yolun kənarına aşıb.

Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü İlkin Məmmədov xəsarət alıb.

Xəsarət alan sürücü Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Qafqazinfo.