“Nissan”la “VAZ-2107” toqquşdu – Ölən və xəsarət alanlar var

“Nissan”la “VAZ-2107” toqquşdu  – Ölən və xəsarət alanlar var</b>

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon mərkəzinə yaxın ərazidə qeydə alınıb.

Belə ki, rayon sakini Bəyanət İbadovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə İmişli sakini Rəvanə Nəsirlinin idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub.

Qəzada “VAZ-2107″nin sürücüsü ölüb, sərnişini, Sabirabad sakini, 1987-ci il təvəllüdlü Arif Paşayev və  “Nissan”nın sürücüsü, onun övladı, 2016-cı il təvəllüdlü R.Nəsirli və 1991-ci il təvəllüdlü Azadova xəsarət alıblar.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov



Qafqazonfo, Qafqazinfo.