Nilesh Singh Azərbaycanda “Marriott International” şirkətinin genişlənən portfelinin bölgə üzrə baş meneceri təyin olunub

Nilesh Singh Azərbaycanda “Marriott International” şirkətinin genişlənən portfelinin bölgə üzrə baş meneceri təyin olunub

“Marriott International” şirkəti oktyabr ayından etibarən Nilesh Singhin Bölgə üzrə Baş Menecer vəzifəsinə təyin olunduğunu elan edib.

Yeni vəzifəsində Nilesh Singh “The Ritz-Carlton”, “Baku”, “JW Marriott Absheron Baku” və gələcəkdə fəaliyyətə başlayacaq “The St. Regis Baku” hotellərinin strateji inkişafına və əməliyyat fəaliyyətinə rəhbərlik edəcək. Bu təyinat “Marriott International”ın Azərbaycandakı mövqeyini daha da gücləndirmək istiqamətində mühüm addımdır.

Nilesh Singh 2023-cü ilin may ayından etibarən “The Ritz-Carlton”, “Baku” və “JW Marriott Absheron Baku” hotellərinin Baş Menecer vəzifəsində çalışır. O, lüks qonaqpərvərlik sahəsində 20 ildən artıq peşəkar təcrübəyə malikdir və “The Ritz-Carlton”, “The St. Regis” və “Oberoi Hotels & Resorts” kimi beynəlxalq nüfuza malik brendlərdə rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Bakıya təyin olunmazdan əvvəl Nilesh Singh “Le Méridien Maldives Resort & Spa”da Açılış üzrə Baş Menecer vəzifəsində çalışıb və kurortun açılış mərhələsinə, eləcə də ilkin əməliyyat fəaliyyətinə uğurla rəhbərlik edib.

Genişlənmiş səlahiyyətləri çərçivəsində Nilesh Singh mövcud hotellər portfelinə rəhbərlik etməklə yanaşı, şəhərin lüks qonaqpərvərlik sektorunda ən çox gözlənilən layihələrdən biri olan “The St. Regis Baku” hotellinin açılış hazırlıqlarına da nəzarət edəcək. Hotel “St. Regis” brendinin özünəməxsus ənənələrini, zərif xidmət standartlarını və fərqləndirici xarakterini Azərbaycana gətirəcək.

“Nilesh güclü liderlik keyfiyyətləri və Bakı bazarını dərindən anlaması ilə seçilir. Onun zəngin təcrübəsi, komandasına sadiqliyi və lüks qonaqpərvərlik sahəsində əldə etdiyi uğurlu nəticələr onu Azərbaycandakı genişlənən portfelimizə rəhbərlik etmək və “The St. Regis Baku” hotellinin açılışını idarə etmək üçün ideal namizədə çevirir”, – deyə Şərqi Avropa üzrə Lüks, Premium və Select Brendlər üzrə Regional Vitse-Prezident Pankaj Birla bildirib.

Nilesh Singhin bu təyinatı “Marriott International” üçün Azərbaycanda yeni və mühüm mərhələnin başlanğıcını ifadə edir. “The St. Regis Baku” ilə bağlı əlavə məlumatlar yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.

“Marriott International” haqqında

Report.