Bu gün Tatarıstanın Zakamsk regionuna pilotsuz uçuş aparatılarının (PUA) kütləvi hücumu nəticəsində Nijnekamskın bir neçə müəssisəsinə ziyan dəyib.
Bu barədə respublika rəhbərinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün düşmən PUA-larının respublikanın Zakamsk bölgəsinə kütləvi hücumu nəticəsində Nijnekamskın ayrı-ayrı müəssisələrinə ziyan dəyib. Xüsusi xidmət orqanları hadisə yerində fəsadları aradan qaldırırlar. Bəzi yerlərdə xəsarət alanlar var. Onlara bütün lazımi tibbi yardım göstərilib”, – məlumatda bildirilib.
Report.