Astronomlar “James Webb” teleskopunun köməyi ilə Neptunun Larissa və Qalateya peyklərində əmələ gəlməsi üçün mütləq maye su tələb olunan gil mineralları aşkar ediblər.
Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Bildirilib ki, indiyədək Günəş sisteminin bu uzaq hissəsində oxşar minerallara rast gəlinməyib.
Alimlərin qənaətinə görə, bu minerallar vaxtilə Neptunun ən böyük peyki olan Tritonun cazibə qüvvəsinə keçməsi nəticəsində parçalanan iri buz kütlələrinin qalıqlarıdır. Böyük Tritonun sistemi ələ keçirməsi qədim peyk sistemini darmadağın edərək tamamilə yenidən formalaşdırıb. Katastrofik toqquşmalardan sonra köhnə sistemdəki maddələrin təxminən yalnız 1%-i saxlanıla bilib.
Qafqazinfo.