Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 155,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu barədə “Report”un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 67,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 28,4 milyon ABŞ dolları ixracın, 127,3 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 53,9 % azalıb, idxal isə 2,8 dəfə artıb.
Son nəticədə xarici ticarətdə 98,9 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə təxminən 47 dəfə çoxdur.
Report.