Naxçıvanın xarici ticarət dövriyyəsi 28 % artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 101,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 28 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 8,7 milyon ABŞ dolları ixracın, 93,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,8 % azalıb, idxal isə 32,1 % artıb.

Son nəticədə xarici ticarətdə 84,5 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 37,6 % çoxdur.

Report.