Naxçıvandakı sahibkarlar 6 ayda 3 milyon manatdan çox güzəştli kredit alıblar

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 3,4 milyon manat güzəştli kredit verib.

Bunun 61,5 %-i kənd təsərrüfatına, 25,3 %-i xidmətə, 13,2 %-i isə sənayeyə yönəldilib.

Verilmiş kreditlər hesabına 145 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ayrılmış vəsait 101 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 31,2 % artıb.

Report.