Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan vergi ödəyicilərinin sayı 56 096-ya çatıb.
Onların 94,7 %-ini fiziki şəxslər, 5,3 %-ini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 % artıb. Bu dövrdə fiziki şəxslərin sayı 6,8 %, hüquqi şəxslərin sayı isə 4 % yüksəlib.
Hesabat dövründə qeydiyyatda olan kommersiya qurumlarının sayı da artaraq 1 926-ya çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur.
Report.