Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 % çoxdur.

Bundan başqa, 8 ay ərzində Naxçıvanda müvafiq qurumların verdiyi 4 802 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 114,1 min manat vəsait daxil olub.

Hesabat dövründə Muxtar Respublikada yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 188 layihə icra olunub. Bu layihələrdən 36-sı yeni yaradılma, 152-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 38-i yaradılma və 51-i genişləndirmə olmaqla, ümumilikdə 89 layihənin icrası davam etdirilib.

Report.