Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 28 lisenziya verib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur.
Bundan başqa, 7 ay ərzində Naxçıvanda müvafiq qurumlarının verdiyi 4 061 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 94,1 min manat vəsait daxil olub.
Hesabat dövründə Muxtar Respublikada yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 170 layihə icra olunub. Bu layihələrdən 33-ü yeni yaradılma, 137-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 37-si yaradılma və 46-sı genişləndirmə olmaqla, ümumilikdə 83 layihənin icrası davam etdirilib.