Naxçıvanda ötən ay 50 yanğın hadisəsi qeydə alınıb

Naxçıvanda ötən ay 50 yanğın hadisəsi qeydə alınıb

2026-cı ilin iyul ayında Naxçıvan Muxtar Respublikası (MR) ərazisində ümumilikdə 50 yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda Şərur və Kəngərli rayonlarının hər birində 11, Naxçıvan şəhərində 7, Şahbuz rayonunda 6, Sədərək rayonunda 5, Babək və Ordubad rayonlarının hər birində 4, Culfa rayonunda isə 2 yanğın hadisəsinin baş verdiyi qeyd olunub.

Report.