Naxçıvan Ali Məclisində şortik və şapşapda gəzən kim idi?

Naxçıvan Ali Məclisində şortik və şapşapda gəzən kim idi?

Naxçıvan Ali Məclisinin sabiq sədr müavini, sədr əvəzi işləmiş Anar İbrahimov Naxçıvanda bir vaxtlar paralel işlədiyi Fuad Nəcəfli dövrü ilə bağlı sensasion paylaşım edib.

Paylaşımda diqqət çəkən məqamlardan biri Ali Məclisdə şortiklə gəzən şəxs barədə hissədir:

Yaxşı xatırlayıram, Ali Məclisə qısa müddət rəhbərlik etdiyim dövrdə bir gün foyedə, Ulu Öndərin büstünün qarşısında yay şortunda və şapşaplarla gəzən birini gördüm. Saxlayıb soruşdum ki, bu nə rəzalətdir, bu nə görkəmdir?! Bura dövlət idarəsidir, parlamentdir! Hər şeyi bir kənara qoyaq, bu binada Heydər Əliyev işləyib, Naxçıvanı qoruyub, camaat buranı özünə ümid yeri bilib.
​Məlum oldu ki, həmin şəxs Səlahiyyətli Nümayəndəliyin əməkdaşıdır. Amma bu sözlər onun üçün tamamilə boş və mənasız görünürdü. Zatən bunu dərk etsəydi, həmin licimdə dövlət binasına ayaq qoymazdı.
​Dövlətdə işləmək, insanlarla təmasda olmaq üçün gərək müəyyən bir məktəb keçəsən, yol gələsən. Ən əsası, işlədiyin yeri, yurdu özünə müvəqqəti qazanc və əyləncə yeri yox, Vətən biləsən! Ceyhun müəllimin işi isə həqiqətən çox ağırdır. O da Naxçıvanda həmin “dahilərlə” birgə işlədiyi üçün vəziyyəti daxildən yaxşı bilir. Amma nəyin bahasına olursa-olsun, kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!
​Kökü xarab olan, quruyan ağacı budamazlar – bunun heç bir xeyri yoxdur, bütün budaqları onsuz da eyni gündədir. Belə ağacı ən yaxşısı elə dibindən kəsib atmaqdır”.

Anar İbrahimov konkret ad çəkməsə də diqqətlər dərhal Fuad Nəcəflinin xanımlardan ibarət şıltaq ətrafına yönəlir. Xüsusən, paylaşımın Fuad Nəcəflinin mətbuat katibi Günay Malikqızının Naxçıvandan qovulmasından dərhal sonraya düşməsi də təsadüfi sayıla bilməz. Naxçıvandan apardığımız dəqiqləşdirmələrdə eyham edilən şəxslər kimi əsasən Günay Malikqızı və onun yaxın ətrafı üzərində dayanıldı.