Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti üçün “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi keçirilib.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində iştirakçılara müasir təlim və tədris metodları, məşğələlərin səmərəli təşkili, təlim nəticələrinin qiymətləndirilməsi, təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi, qarşılıqlı effektiv müəllim–tələbə əlaqəsinin qurulması və digər aktual mövzular üzrə məlumatlar təqdim olunub.
Report.