Natiq Şirinov: “Bir pəncərə” beynəlxalq reytinqlərdə mövqeyimizi gücləndirəcək”

Natiq Şirinov:  “Bir pəncərə” beynəlxalq reytinqlərdə mövqeyimizi gücləndirəcək”

“Bir pəncərə” informasiya sistemi Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini gücləndirəcək.

Bunu Dövlət Gömrük Komitəsinin sədrinin müavini Natiq Şirinov “Bir pəncərə” informasiya sistemi – Rəqəmsal Logistika Platformasının təqdimatında deyib.

“İnformasiya sisteminin mərhələli şəkildə tətbiqi xarici ticarət proseslərinin tam rəqəmsallaşdırılması, məlumat mübadiləsinin vahid platforma üzərindən təşkil olunması, risk əsaslı nəzarət mexanizmlərinin genişləndirilməsi, biznes üçün inzibati yükün azaldılması və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından ölkədə həyata keçirilən ən mühüm rəqəmsal transformasiya layihələrindən biri hesab olunur. Xarici ticarətdə “Bir pəncərə” prinsipinin tətbiqi ticarətin asanlaşdırılması sahəsində Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Bunun əyani sübutu BMT-nin 2025-ci il üzrə Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusunun nəticələridir. Sözügedən sorğunu BMT-nin beş regional komissiyası keçirir və ümumi koordinasiyanı BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) təmin edir”, – deyə o qeyd edib.

Report.