Narek Karapetyana Ermənistandan çıxmaq qadağan edilib

Narek Karapetyana Ermənistandan çıxmaq qadağan edilib

Müxalif “Güclü Ermənistan” partiyasının liderlərindən biri olan Narek Karapetyana ölkədən çıxmaq qadağan edilib.

Onun barəsində həmçinin digər qətimkan tədbiri – 1 milyard dram (2,6 milyon dollar) məbləğində girov da tətbiq edilib.

Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğun seçilmiş deputatın azadlıqdan məhrum edilməsinə razılıq verilməsini tələb etdiyi vəsatətini geri qaytarıb.

Report.