Nabranda 18 yaşlı qız dənizdə batdı – Axtarılır

Nabranda 18 yaşlı qız dənizdə batdı  – Axtarılır

Xaçmaz rayonu, Nabran kəndində dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş-2008-ci il təvəllüdlü Xalidova Arzu Zaur qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qafqazinfo.