Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırıldı

Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırıldı

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub.

Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, Nazirliyin ümumi daxili strukturunun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı müvafiq proseslər həyata keçirilir. Proses yekunlaşdıqdan sonra məlumat təqdim olunacaq.

Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilmişdi.

O, 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

O, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin qardaşıdır.

Lamiyə Məmmədova

Qafqazinfo.