Müdafiə Nazirliyi Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verib

Müdafiə Nazirliyi Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verib

Azərbaycan Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlunun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir”, – başsağlığında deyilir.

Report.