Pilotsuz uçuş aparatlarının (PUA) RF-nin Moskva vilayətinə hücumu nəticəsində beş nəfər həlak olub, daha altı nəfər yaralanıb.
Bu barədə regionun qubernatoru Andrey Vorobyov bildirib.
Onun sözlərinə görə, səhər hava hücumundan müdafiə qüvvələri PUA hücumunu dəf edib.
“Əsas nəticələr Çexov bələdiyyə dairəsində qeydə alınıb. Novosyolki sənaye zonasında PUA-nın düşməsi nəticəsində bir neçə yanğın baş verib. İlkin məlumata görə, beş nəfər həlak olub, daha altı nəfər yaralanıb”, – Vorobyov Max-dakı kanalında yazıb.
O qeyd edib ki, bütün zərərçəkənlərə tibbi yardım göstərilir.
Report.