Rusiya ilə Azərbaycan münasibətlərindəki böhran Moskva və Bakının birgə səyləri nəticəsində həll olunub.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər ikitərəfli müqavilə-hüquq bazası, o cümlədən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etməlidir.
Qafqazinfo.