Yayda Qarsda çox uğurlu biznes-forum keçirilib və bu forumda Ermənistan tərəfi geniş tərkibdə təmsil olunub.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
“Türkiyə tərəfinin təklifi və bizim razılığımızla növbəti biznes-forumun Ermənistanda keçirilməsini planlaşdırırıq”, – o qeyd edib.
Mirzoyan izah edib ki, tədbir oktyabrın əvvəlində baş tutacaq.
Report.