Mirzoyan: Ermənistan və Niderland gülçülük sahəsində potensiala malikdir

Mirzoyan: Ermənistan və Niderland gülçülük sahəsində potensiala malikdir

Niderland və Ermənistan arasında xüsusilə kənd təsərrüfatı, gülçülük, səhiyyə və infrastruktur sahələrində reallaşdırılmamış əhəmiyyətli potensial mövcuddur.

Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan İrəvanda niderlandlı həmkarı Tom Berendsen ilə birgə mətbuat konfransında bildirib.

“Bir neçə ay ərzində erməni gül istehsalçıları ilə Niderlandın dünya miqyasında tanınmış şirkətləri arasında əməkdaşlığın qurulması ilə bağlı xəbərlər cəmiyyətdə müsbət qarşılanıb”, – Mirzoyan bildirib.

Öz növbəsində, Niderland XİN başçısı Rusiyanın tətbiq etdiyi və gülçülük sektoru daxil olmaqla, biznes üçün çətinliklər yaradan idxal məhdudiyyətlərini müzakirə etdiklərini bildirib.

Report.