MİQ-in növbəti vakansiya seçiminə start verilir

MİQ-in növbəti vakansiya seçiminə start verilir

28 avqust saat 15:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır.

Bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq ən çoxu 8 vakant yer seçə bilərlər.

“Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq”, – deyə məlumatda qeyd edilib.

Qafqazinfo.