MİQ-də ödəniş sistemi aktivləşdi

MİQ-də ödəniş sistemi aktivləşdi

Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.  

Bildirilib ki, sistem bu gün saat 15:00-dan 9 iyul saat 15:00-a kimi aktiv olacaq.

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir.

Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlər ödənişdən azaddırlar:

– müsabiqədə ilk dəfə iştirak edən namizədlər;

– şəhid ailəsinin üzvləri;

– müharibə veteranı adı almış şəxslər;

– əlilliyi olan şəxslər;

– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

Qeyd edilib ki, ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunacaq.

Qafqazinfo.