Mingəçevirdə yeniyetmə kanalda batıb

Mingəçevirdə yeniyetmə kanalda batıb

Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfər batıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Report.