Azərbaycan və Slovakiya arasında əməkdaşlığın potensialı daha geniş və daha yüksəkdir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda bildirib.
O, tikinti layihələrini də qeyd edib: “Çox şadam ki, bunlar azad edilmiş ərazilərdə slovakiyalı memarların və tikinti şirkətlərinin iştirakı ilə həyata keçirilən son tikinti layihələri deyil. İnanıram ki, potensial daha geniş və daha yüksəkdir və məhz buna görə də sizi Azərbaycana yalnız müstəqil bir yurisdiksiya kimi deyil, daha geniş regiona açılan bir qapı kimi baxmağa dəvət edirəm”.
Report.