Meyiti yaşadığı evin həyətindən tapıldı

Meyiti yaşadığı evin həyətindən tapıldı

Ağdaşda yaşlı kişinin yaşadığı evin həyətində meyiti tapılıb.

Hadisə rayonun Pirəzə kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Güloğlan Bahadurovun yaşadığı evin həyətində meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev

Qafqazinfo.