“Metsamor” Atom Elektrik Stansiyası (AES) təmir işləri başa çatdıqdan sonra Ermənistanın enerji sisteminə qoşulub.
Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan sosial şəbəkədə məlumat verib.
“2026-cı il üçün planlı təmir işləri uğurla başa çatdıqdan sonra sentyabrın 1-də AES-nin ikinci enerji bloku yenidən işə salınaraq Ermənistanın vahid enerji sisteminə qoşulub. Enerji blokunun etibarlılığının, təhlükəsizliyinin və iş səmərəliliyinin artırılmasına yönəlmiş 20-yə yaxın mühüm tədbir həyata keçirilib”, – o yazıb.
Onun sözlərinə görə, təmir işləri qrafikə uyğun olaraq 153 gün davam edib.
“Enerji bloku ştat rejimində işləyir, gücün tədricən artırılması müəyyən edilmiş texnoloji tələblərə uyğun olaraq həyata keçirilir”, – nazir qeyd edib.
Xatırladaq ki, aprel ayında “Rosatom”la əldə edilmiş istismar müddətinin uzadılması proqramı çərçivəsində “Metsamor” AES beş ay müddətinə enerji sistemindən ayrılmışdı.