Metroda aparılan tikinti işi ilə əlaqədar sərnişinlərin hərəkət edə bilmədiyi istiqamətlər açıqlanıb.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Belə ki, sərnişinlər aşağıdakı istiqamətlər üzrə hərəkət edə bilmir:
“Dərnəgül” stansiyasından “Həzi Aslanov” və “İçərişəhər”;
“Həzi Aslanov”dan “Dərnəgül”;
“İçərişəhər”dən isə “Dərnəgül” istiqamətində metro ilə səfər hələlik mümkün deyil.
Öz ritmində qalan istiqamətlər isə aşağıdakılardır:
“Həzi Aslanov – İçərişəhər”;
“Cəfər Cabbarlı – Xətai”;
Yaşıl xəttin “Memar Əcəmi” stansiyasından isə Bənövşəyi xəttə keçid etmək mümkündür.
Qafqazinfo.


