İran Prezidenti Məsud Pezeşkian Tehranda Pakistanın Quru Qoşunlarının komandanı Asim Munirlə görüşüb, Vaşinqtonla Tehran arasındakı gərginliyin diplomatik həlli müzakirə edilib.
M. Pezeşkian söhbət zamanı ABŞ-nin İrana münasibətdə mövcud yanaşmasını dəyişməli olduğunu qabardıb.
“Bölgədə davamlı sülh və təhlükəsizliyin bərqərar olması, İslam ölkələri ilə qarşılıqlı əlaqə əsas zərurətdir”, – o bildirib və əlavə edib ki, İran İslam ölkələri və qonşuları ilə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində hər cür əməkdaşlığa hazırdır.
Onun fikrincə, İslam ölkələrinin həmrəyliyi İsrailə qarşı ən çəkindirici amildir: “Bu yaxınlaşma reallaşdığı təqdirdə, düşmənlər öz məqsədlərini irəli apara bilməyəcəklər. İslamabadın diplomatik səyləri ilə bölgə və İslam dünyası inkişaf edəcək”.