Mərkəzi Asiya ölkələri 2030-cu ilə qədər Cənubi Koreya ilə ticarət dövriyyəsinin həcmini 20 milyard dollara çatdıra bilərlər.
Bu məsələ “Mərkəzi Asiya-Koreya Respublikası” birinci sammitində müzakirə olunub.
“Qarşılıqlı ticarəti əhəmiyyətli dərəcədə artırmaq və region ölkələrinin Koreya ilə ticarət dövriyyəsinin həcmini 2030-cu ilə qədər 20 milyard dollara çatdırmaq üçün birgə səmərəli həllər tapmağa imkan verəcək sənaye və ticarət nazirlərinin görüş platformasının yaradılması təşəbbüsü dəstəklənib”, – məlumatda bildirilib.
Sammitdə çıxış edən Özbəkistan lideri regional bazar üçün innovasiya-istehsalat bazasına çevriləcək “Mərkəzi Asiya – Koreya” Sənaye-Texnologiya Parkını ölkədə yerləşdirməyə hazır olduğunu bəyan edib.