Qırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir.
Ölkə Prezidenti Sadır Japarov bu təkliflə birinci “Mərkəzi Asiya – Koreya Respublikası” sammitində çıxış edib.
Mərkəzi Asiya ölkələrinin Cənubi Koreya ilə iqtisadi əməkdaşlığından danışan S.Japarov sənaye nazirlərinin mövcud məsləhət mexanizmi çərçivəsində Dövlət İnvestisiya Qurumları Şurasının yaradılmasını, prioritet layihələrin vahid portfelinin formalaşdırılmasını, eləcə də bu cür təşəbbüslərin maliyyələşdirilməsi, istehsalın lokallaşdırılması və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün birgə investisiya fondunun təsis edilməsini təklif edib.
“Texnoloji əməkdaşlığa, süni intellektin tətbiqinə və rəqəmsallaşdırmaya xüsusi diqqət yetirilib. Bu kontekstdə Sadır Japarov birgə pilot texnoloji platformalar şəbəkəsinin formalaşdırılmasını təklif edib”, – məlumatda deyilir.