Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Quba–Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində olub.
Belə ki, “Mercedes” markalı minik avtomobili, “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Qafqazinfo.