İranda bombardman edilmiş obyektlərin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən yoxlanılması qanuni qərarlardan asılıdır.
Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
“Agentlik (BAEA-red.) ABŞ və İsrailin oyuncağına çevrilib”, – o bildirib.
M. İslami BAEA-nın nizamnaməyə uyğun və siyasi təzyiqlər olmadan fəaliyyət göstərməsini gözlədiklərini bildirib:
“Hərbi hücumun hədəfi olan bütün mərkəzlər əvvəllər Agentlikdə qeydiyyatdan keçmiş və yoxlanılırdı; Agentliyin susması və bu hücumları pisləməməsi onun səlahiyyət və müstəqilliyini şübhə altına alır.
Agentliyin zərər görmüş obyektlərə baxış keçirməsi üçün Vaşinqton və Təl-Əvivin təzyiqi onların öz hərbi əməliyyatlarının nəticələrini qiymətləndirmək məqsədi daşıyır; lazımi təhlükəsizlik qaydaları və protokolları hazırlanana qədər, parlamentin qanununa əsasən bu mərkəzlərin yoxlanılması iddiası qəbuledilməzdir”.